Modern.az

Numan Qurtulmuş “Üç dövlət, bir millət” toplantı iştirakçılarını qəbul edib - FOTO

Numan Qurtulmuş “Üç dövlət, bir millət” toplantı iştirakçılarını qəbul edib - FOTO

Aktual

29 Sentyabr 2025, 09:36

Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlardan ŞKTC ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, Eldar Quliyev və Anar Məmmədov  sentyabrın 26-da və 27-də Ankarada Türkiyə Böyük Millət Məclisinin(TBMM) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) və Türkiyə-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvlərinin birgə “Üç dövlət, bir millət” adlı ikinci iclasında iştirak ediblər.

Modern.az xəbər verir ki, səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin(TBMM) başqanı Nurman Qurtulmuş “Üç dövlət, bir millət” ikinci toplantı iştirakçılarını qəbul edib. Milli Məclisin deputatları Azərbaycan-Türkiyə, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarsı əlaqələr və əməkdaşlıqdan danışıblar. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Türkiyə Böyük Millət Məclisinin(TBMM) başqanı Nurman Qurtulmuşa toplanı iştirakçılarını qəbul etdiyinə və “Üç dövlət, bir millət” adlı ikinci iclasın yüksək səviyyədə təşkil olunduğu görə minnətdarlığını bildirərmişdir. O, bu toplantının Türk Dövlətələrinin birliyinin daha da inkişafına səbəb olacağını bildirib.

Nurman Qurtulmuş “Üç dövlət, bir millət” toplantı iştirakçılarını qəbul edib - FOTO

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! ABŞ zirehli texnikaları Rusiya sərhədinə GƏTİRİLDİ