Modern.az

“Qarabağ”-“Kopenhagen” oyununu bu hakim idarə edəcək

“Qarabağ”-“Kopenhagen” oyununu bu hakim idarə edəcək

İdman

29 Sentyabr 2025, 12:12

UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək II tur oyununa hakim təyinatları açıqlanıb.

Modern.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Niderlanddan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Sərdar Gözüböyük olacaq. Ona yan xətt hakimləri Ervin Zeynstra və Patrik İniya kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yannik Van Der Laan yerinə yetirəcək. VAR hakimi Yerun Manşot, köməkçisi Rob Diperink olacaq.

Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu