Modern.az

Akademiyaya yeni prorektor təyin olundu

Akademiyaya yeni prorektor təyin olundu

Aktual

29 Sentyabr 2025, 14:57

Həbibə Vaqif qızı Məmmədova Bakı Xoreoqrafiya Akademiyasının (BXA) Elm və yaradıcılıq işləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, bu barədə Bakı Xoreoqrafiya Akademiyasından məlumat verilib.

Qeyd edək ki, BXA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Məmmədova 2017–2020-ci illərdə Akademiyanın Musiqi fənləri kafedrasında saat hesabı və əvəzçi müəllim kimi çalışıb. 2021-ci ildən etibarən BXA-nın Elmi katibi və Musiqi sənəti kafedrasının müəllimi, 2022-ci ildən isə Elm və yaradıcılıq işləri üzrə prorektor vəzifəsini icra edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
YENİ QİYMƏT - Avtobus və metroda gediş haqqı bu qədər oldu