Sumqayıt şəhərinin küçə və prospektlərdə yol cizgilərinin çəkilməsi işlərinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.
Modern.az xəbər verir ki, sözügedən işlər Heydər Əliyev, Azərbaycan və Sülh prospektlərini, eləcə də Koroğlu, Bakı, N.Nərimanov, Ş.Bədəlbəyli, S.Vurğun, Z.Hacıyev, Sahil, M.Əsədov, C.Cabbarlı, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, Nizami, P.Həşimov və Bulvar küçələrini əhatə edəcək.
ŞİH yol cizgilərinin çəkilməsi işlərini “Dream Construction Company” şirkətinə həvalə edib və onunla 350 min manatlıq müqavilə bağlayıb. (Mənbə: iqtisadiyyat.az)