Modern.az

Azərbaycanla bağlı saxta xəbər yayan şəxs saxlanıldı

Azərbaycanla bağlı saxta xəbər yayan şəxs saxlanıldı

Aktual

30 Sentyabr 2025, 14:45

Azərbaycanla bağlı dezinformasiya yayan türk vətəndaşı saxlanıldı.

Modern.az xəbər verir ki, sosial şəbəkələrdə “Tuğberk” adlı "X" istifadəçisi BMT Baş Assambleyasının 80-ci sessiyası ilə bağlı yanlış məlumatlar yaydığı üçün müzakirələrin mərkəzinə çevrilmişdi. O, İsrailin Baş naziri Benyamin Netanyahunun Fələstin mövzusundakı çıxışını Azərbaycan rəsmilərinin izlədiyi və alqışladığı barədə saxta paylaşımlar etmişdi.

Məsələ ictimai rezonans doğurduqdan sonra həmin şəxs İspaniyadan Türkiyəyə qayıdarkən polis tərəfindən saxlanılıb. O, ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını öz "X" hesabında açıqlayıb.

 

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı