Modern.az

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb - FOTO 

Xocalı və Ağdərədə bir qrup sakin üçün kiçik bizneslər yaradılıb - FOTO 

Aktual

30 Sentyabr 2025, 14:30

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən Xocalıya və Ağdərəyə köçürülən sakinlərdən bir qrupu özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilib.

Sakinlərə kənd təsərrüfatı  və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları avadanlıqlar, aktivlər, iri və xırdabuynuzlu heyvanlar da verilib.

Bunun sayəsində onlar müxtəlif xidmət sahələri üzrə kiçik bizneslərini qurmaq imkanı əldə ediblər.

Tədbirdə Dövlət Məşğulluq Agentliyinin nümayəndələri, həmçinin Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin əməkdaşları iştirak ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, çıxış edənlər bildiriblər ki, proqram iştirakçıları üçün yaradılan kiçik təsərrüfatlar onların sosial rifahının yüksəlməsinə, eyni zamanda bölgədə yeni iş yerlərinin açılmasına şərait yaradacaq.

Proqram iştirakçıları da qeyd ediblər ki, özünəməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatları daha da genişləndirərək, bölgənin sosial-iqtisadi inkişafına töhfə verməyə çalışacaqlar.

Xatırladaq ki, özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları qurulan şəxslərin sayı artıq 460-a çatıb.

Sizə yeni x var
Keçid et
Ukraynada ƏMƏLİYYAT - Krımda Rusiyaya ağır zərbə