Modern.az

DİN-in katerləri Kür çayında fasiləsiz xidmət aparır 

DİN-in katerləri Kür çayında fasiləsiz xidmət aparır 

Aktual

1 Oktyabr 2025, 10:57

III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub.

DİN-dən Modern.az-a bildirilib ki, xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib.

Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibə anonsu - İran bu tarixdə vurulacaq!