Modern.az

Bakı Sağlamlıq Mərkəzində daha bir uğurlu əməliyyat - VİDEO

Bakı Sağlamlıq Mərkəzində daha bir uğurlu əməliyyat - VİDEO

Aktual

1 Oktyabr 2025, 14:16

Bakı Sağlamlıq Mərkəzində pasiyentin ürəyinə elektrodsuz kardiostimulyator uğurla implantasiya edilib.

Modern.az xəbər verir ki, Mərkəzin ürək-damar cərrahiyyəsi və kardiologiya məsələləri üzrə koordinatoru, kardioloq-aritmoloq, tibb üzrə fəlsəfə doktoru Dr. Fərid Əliyevin rəhbərliyi ilə aparılan prosedur uğurla başa çatıb.

Qeyd olunur ki, bu əməliyyat artıq bir ilə yaxındır ki, mərkəzdə icra edilir. Lakin bu dəfə pasiyentin xəstəliyinin xüsusiyyətləri nəzərə alınaraq yeni nəsil, aktiv tipli elektrodsuz kardiostimulyator implantasiya olunub. 

Həmçinin, bu gün yerləşdirilən sistem təkcə Azərbaycanda deyil, ümumilikdə Qafqaz regionunda ilk dəfə implantasiya edilən cihazdır. Bu uğurlu prosedur, ölkəmizin tibb sahəsində müasir texnologiyaların tətbiqi baxımından atdığı önəmli addımlardan biridir.

1466255

1466254

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?