Modern.az

Xarici ölkələrdən bir qrup akademik heyət və tədqiqatçı BMU-da olub

Xarici ölkələrdən bir qrup akademik heyət və tədqiqatçı BMU-da olub

Aktual

1 Oktyabr 2025, 15:43

İndoneziya, Misir və Pakistandan bir qrup akademik heyət və tədqiqatçı Bakı Mühəndislik Universitetində (BMU) olub.

BMU-dan Modern.az-a bildirilib ki, qonaqlarla görüşən rektor Yaqub Piriyev universitetin maddi-texniki bazası, tədris olunan ixtisaslar, son iki ildə həyata keçirilən mühüm islahatlar barədə ətraflı məlumat verib.

Söhbət zamanı BMU-da elmi tədqiqatın artırılmasına yönəlmiş addımlar xüsusi vurğulanıb və beynəlxalq indeksli jurnallarda dərc olunan məqalə sayının əsaslı şəkildə artdığı qeyd edilib. Həmçinin BMU-nun beynəlxalq tərəfdaşlıqlar vasitəsilə elmi və innovativ potensialını daha da gücləndirməyi hədəflədiyi bildirilib.

Nümayəndə heyətinin üzvləri BMU ilə əməkdaşlığa xüsusi önəm verdiklərini, gələcəkdə bu əməkdaşlığın startap layihələri, təcrübə və mübadilə proqramları çərçivəsində əlaqələri daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə ediblər.

Sonra qonaqlarla BMU-nun akademik heyəti arasında aparılan müzakirələrdə əməkdaşlığın mümkün istiqamətləri nəzərdən keçirilib, elm, sənaye və biznes əməkdaşlığını gücləndirmək imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda nümayəndə heyətinin üzvləri universitetin Xarici dillər kafedrasına, auditoriyalar, laboratoriyalar və Texnoparka baş çəkiblər. Yaradılan imkanlarla, eləcə də tələbələrin hazırladığı layihələr və startaplarla yaxından tanış olan qonaqlar onların nəzəri biliklərinin praktiki həllini, texnoloji ideyalarını reallaşdırmaq potensiallarını yüksək qiymətləndiriblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Kadırov Putini ŞANTAJ EDİR - Çeçenistan müstəqil olacaq?