Modern.az

Gömrük nəzarətindən gizlədilən mallar müsadirə edildi

Gömrük nəzarətindən gizlədilən mallar müsadirə edildi

Aktual

2 Oktyabr 2025, 11:07

Xaçmaz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində gömrük nəzarətindən gizlədilən müxtəlif adda mallar aşkar edilib.

Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, Rusiya Federasiyasından gələn nəqliyyat vasitəsinə “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttində gömrük yoxlaması keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı ehtiyat təkərlərin içərisindən, gömrük nəzarətindən gizlədilən 1066 ədəd müxtəlif markalı elektron siqaretlər üçün maye, ümumi həcmi 7,1 litr olan müxtəlif markalı spirtli içkilər və digər mallar aşkar edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ