Modern.az

Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu

Əxlaqsızlığı təbliğ edən tiktoker yenidən həbs olundu

Aktual

2 Oktyabr 2025, 16:36

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Modern.az xəbər verir ki, polis tərəfindən keçirilən növbəti tədbir nəticəsində 1992-ci il təvəllüdlü Elsevər Nəbiyev saxlanılıb. Belə ki, “Eliş” ləqəbli şəxs Səbail rayonunda – Dənizkənarı Milli Park ərazisində çəkiliş apararkən saxlanılıb.

Əxlaqsızlığı təbliğ edən tiktoker barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 və 510-cu maddələri ilə protokol tərtib edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Elsevər Nəbiyevə 30 sutkalıq inzibati həbs verilib.

Qeyd edək ki, E.Nəbiyev daha əvvəl də oxşar əməllərə görə həbs edilib. (Mənbə "qafqazinfo")

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ