Beynəlxalq futbol təşkilatı FİFA Dünya Çempionatı-2026-nın rəsmi oyun topunu təqdim edib.
Modern.az xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
Mundialın topunun dizaynında isə ev sahibi ölkələri simvollaşdırmaq üçün üç rəngdən - qırmızı, mavi və yaşıl rənglərdən istifadə edilib. Topa "Trionda" adı verilib.
DÇ-2026-da tarixdə 48 plkənin milli komandası mübarizə aparacaq.