Modern.az

Bir ay ərzində 76 uşaq əməliyyat edilib - KTM

Bir ay ərzində 76 uşaq əməliyyat edilib - KTM

Aktual

3 Oktyabr 2025, 14:13

2025-ci ilin sentyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Uşaq Cərrahiyyəsi şöbəsinə ümumilikdə 522 poliklinik müraciət daxil olub. 

Bu barədə Modern.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, həkim-cərrahlar tərəfindən ay ərzində 55 təcili və 21 planlı əməliyyat uğurla icra edilib.  Əməliyyatdan sonrakı dövrdə bütün pasiyentlər stasionar nəzarət altında saxlanılıb, lazımi tibbi müdaxilələr həyata keçirilib. Pasiyentlərin əməliyyatdan sonrakı vəziyyəti stabil olub, bərpa dövrü normal gedişlə davam edib. Uşaqların əksəriyyəti qısa müddət ərzində sağlamlıq göstəricilərində əhəmiyyətli yaxşılaşma ilə evə buraxılıblar.

Verilən məlumata görə, əməliyyatlar və stasionar müalicə prosesi zamanı heç bir ağırlaşma və ölüm halı qeydə alınmayıb.

"Qeyd edək ki, Uşaq Cərrahiyyəsi şöbəsi Kliniki Tibbi Mərkəzin III korpusunun II mərtəbəsində yerləşir. Şöbə 20 çarpayı və 10 palata ilə fəaliyyət göstərir. Hazırda burada 9 həkim, 13 tibb bacısı və 8 xəstə baxıcısı pasiyentlərə xidmət göstərir.
Şöbədə körpəlik dövründən yeniyetməlik yaşına qədər (0–14 yaş) bütün cərrahi əməliyyatlar həyata keçirilir. Xüsusilə perinatal diaqnostika zamanı aşkarlanan və doğumdan sonra təsdiqlənən anomaliyaların müalicəsi şöbənin əsas istiqamətlərindəndir. Yenidoğulmuşlarda aparılan təqib və müalicələr uşaq cərrahları tərəfindən yüksək peşəkarlıqla icra olunur",- məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?