Modern.az

Sənədsiz evlər: Yüzlərlə ailə çıxarış gözləyir - VİDEO

Sənədsiz evlər: Yüzlərlə ailə çıxarış gözləyir - VİDEO

Aktual

5 Oktyabr 2025, 22:11

Binəqədi qəsəbəsində illərdir həllini tapmayan qeydiyyatsız evlər problemi yüzlərlə ailəni narahat edir.

 

Modern.az xəbər verir ki, sakinlər yaşadıqları evlərin böyük əksəriyyətinin çıxarışının olmamasından şikayətlənirlər.

 

Qanunsuz tikilən yaşayış massivlərində minlərlə ailə hüquqsuz yaşayır. Sakinlərin əsas tələbi yaşadıqları evin qanuni sahibi olmaqdır.

 

Problemlə bağlı danışan bir sakin bildirib: "Məhəllədə heç kimdə qeydiyyat vəsiqəsi yoxdur. Hamımızın evi qeydiyyatsızdır. Çox istəyərdik qeydiyyata düşək".

 

Sənədsiz evlər məsələsi Binəqədi qəsəbəsində ciddi narazılıq yaradır və vətəndaşlar bu problemin tezliklə həll olunacağını ümid edirlər.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna BOMBA YAĞDIRIR - Rusiya cəhənnəm alovuna qərq oldu