Modern.az

Əlilliyin qiymətləndirilməsi ilə bağlı MÜHÜM QƏRAR

Əlilliyin qiymətləndirilməsi ilə bağlı MÜHÜM QƏRAR

Aktual

6 Oktyabr 2025, 10:18

Əlilliyin qiymətləndirilməsi yeni qaydada həyata keçiriləcək.

Modern.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

"Əlilliyin qiymətləndirilməsi Qaydası"na edilən dəyişikliyə əsasən, şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan gözlənilməz HÜCUM - Rusiyada minlərlə sakin...