Modern.az

Bakıda yaşı 1 əsrdən çox olan binanın sökülməsi iddialarına REAKSİYA

Bakıda yaşı 1 əsrdən çox olan binanın sökülməsi iddialarına REAKSİYA

Aktual

6 Oktyabr 2025, 12:12

"1903-cü ildə inşa edilmiş və Bakı şəhəri, Rza Quliyev küçəsi 4 ünvanında yerləşən yaşayış binası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli Qərarı ilə dövlət tərəfindən qorunan memarlıq abidələrinin siyahısına daxil edilib".

Bu barədə Modern.az-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.

Qeyd edilib ki, bu səbəbdən binanın sökülməsi nəzərdə tutulmur.

"Komitə tərəfindən dəfələrlə vurğulanıb ki, hər hansı memarlıq abidəsinin sökülməsi yolverilməzdir. Media nümayəndələri və sosial şəbəkə istifadəçilərini ictimaiyyəti çaşdıra biləcək əsassız məlumatların yayılmasından çəkinməyə çağırırıq", - məlumatda vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum