Modern.az

Sabah Sədərəkdə işıq olmayacaq

Sabah Sədərəkdə işıq olmayacaq

Aktual

6 Oktyabr 2025, 17:43

Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən Modern.az-a verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Sədərək" hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.

Bu səbəbdən oktyabrın 7-də saat 15:00-dan 16:30-dək Sədərək kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum