Xarici işlər naziri Ceyhun Bayramov Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin və strateji əməkdaşlığın bütün səviyyələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Bildirilib ki, nazirliklər arasında siyasi, təhlükəsizlik, müdafiə, ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri, həmçinin TDT çərçivəsində həmrəylik və tərəfdaşlığın əhəmiyyəti, regiondakı aktual məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.