Modern.az

"Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir" - Şavkat Mirziyoyev

"Vaşinqton Bəyannaməsi Türk xalqlarının zəfəridir" - Şavkat Mirziyoyev

Aktual

7 Oktyabr 2025, 14:46

Vaşinqtonda avqustun 8-də Azərbaycanın Ermənistanla imzaladığı Birgə Bəyannamə Türk xalqlarının zəfəridir.

Modern.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

Şavkat Mirziyoyev qeyd edib ki, bu tarixi sənəd iqtisadi, ticari, nəqliyyat kimi sahələrdə əməkdaşlıq imkanları təqdim edir".

Özbəkistan Prezidenti eyni zamanda Şuşa, Xankəndi və Ağdam şəhərlərindəki qısa müddətdə əldə edilən irəliləyişdən böyük mənunluq ifadə edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!