Modern.az

Azərbaycanla Gürcüstanın hərbi mütəxəssisləri görüşdü - FOTO

Azərbaycanla Gürcüstanın hərbi mütəxəssisləri görüşdü - FOTO

Aktual

7 Oktyabr 2025, 15:42

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına müvafiq olaraq, hər iki ölkənin rabitə və informasiya texnologiyaları üzrə hərbi mütəxəssisləri arasında işçi görüşü keçirilib.

Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, MN-in Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə rabitə sistemləri, informasiya texnologiyaları, server infrastrukturunun qurulması, süni intellektin tətbiqi mövzularında ətraflı fikir mübadiləsi aparılıb.

İşçi görüşündə, həmçinin birgə əməkdaşlığa dair bir sıra digər məsələlər müzakirə edilib və qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!