Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxs təltif edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.
Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə və məhkəmə orqanlarında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə
Qarayev Sənan Məmməd oğlu
Qaybalıyev Vüsal Rəhim oğlu
“Rəşadətli əməyə görə” nişanı ilə
Axundlu Nihad Rəşadət oğlu
Əlizadə Turac Məhəmməd qızı
Hüseynbəyli Məftunə Firəddin qızı
İmanova Ayşən Natiq qızı".