Modern.az

Azercell Amazon ilə tərəfdaşlıq qurur

Azercell Amazon ilə tərəfdaşlıq qurur

Aktual

7 Oktyabr 2025, 19:26

Rəqəmsal transformasiya strategiyasının bir hissəsi olaraq, Azercell qlobal Amazon Partnyorlar Şəbəkəsinə (Amazon Partner Network) rəsmi şəkildə qoşularaq müvafiq sertifikasiyanı əldə edib.

 

 

Modern.az xəbər verir ki, 7 oktyabr tarixində Azercell və AWS (Amazon Web Services) nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə əməkdaşlığın inkişafı və yeni istiqamətlərin müəyyən edilməsi müzakirə olunub. Görüş zamanı əsas diqqət yerli süni intellekt həllərinin inkişafı, infrastruktur layihələri, o cümlədən Direct Connect (xüsusi şəbəkə bağlantısı xidməti) və digər texnoloji istiqamətlərə yönəldilib.

 

Amazon rəqəmsal transformasiya proseslərinin dəstəklənməsinə, rəqəmsal bazarın inkişafına, yeni tərəfdaşların cəlb olunmasına və innovasiyaların təşviqinə hazır olduğunu vurğulayıb. Müzakirələr zamanı xüsusi diqqət kibertəhlükəsizliyin gücləndirilməsi, texnologiya sahəsində ixtisaslı kadrların hazırlanması, İKT sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi və milli süni intellekt strategiyasının həyata keçirilməsi təşəbbüslərinə yönəldilib.

 

Görüşlər çərçivəsində kibertəhlükəsizlik, süni intellekt strategiyası və innovativ texnologiyalar mövzularında xüsusi sessiyalar da təşkil olunub.

 

Bu tərəfdaşlıq ölkənin milli rəqəmsal ekosisteminin möhkəmləndirilməsində mühüm əhəmiyyət kəsb edir.

 

Qeyd edək ki, Amazon Web Services dünyanın ən geniş və qlobal miqyasda ən böyük şəbəkəsinə malikdir. Şirkətin infrastrukturu unikal şəkildə qurulub və istər bulud mühitində, istərsə də lokal və ya kənar platformalarda fəaliyyət göstərən tətbiqlər üçün misilsiz miqyaslanma, performans və etibarlılıq təmin edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!