Modern.az

Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar

Qarabağ fatehi İlham Əliyevə təşəkkür edirəm - Ersin Tatar

Aktual

7 Oktyabr 2025, 20:14

"Qarabağ zəfəri böyük türk dünyasının qələbəsidir".

 

Modern.az "Haber Global"a istinadən xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə deyib.

 

Şimali Kiprin dövlət başçısı çıxışında Azərbaycan Prezidenti İlham Əliyevi Qarabağ fatehi adlandırıb və qonaqpərvər qəbula görə təşəkkürünü bildirib.

 

Qeyd edək ki, Qəbələdə baş tutan sammitdə ŞKTR müşahidəçi qismində iştirak edib.

Sizə yeni x var
Keçid et
Türk liderlərlə görüşdə Prezidentdən KRİTİK ÇAĞIRIŞ - Hazır olun!