Modern.az

Mebelçi sahibkarlar toplandılar - FOTOLAR

Mebelçi sahibkarlar toplandılar - FOTOLAR

Aktual

8 Oktyabr 2025, 12:52

Oktyabrın 7-də İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) Mebel Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə mebel sənayesində fəaliyyət göstərən sahibkarların iştirakı ilə sektorial axşam ziyafəti keçirilib.

Modern.az xəbər verir ki, tədbirin əsas məqsədi mebel sektorunda fəaliyyət göstərən sahibkarların bir araya gələrək əməkdaşlıq imkanlarını müzakirə etmək, İCMA və Komissiyanın fəaliyyət istiqamətlərini təqdim etmək, dövlət qurumları ilə qarşılıqlı əlaqələri gücləndirmək və yeni tərəfdaşlıqların formalaşmasına şərait yaratmaq olub. Görüşdə ümumilikdə 60-a yaxın sahibkar və mebel sənayesi nümayəndəsi iştirak edib.

Ziyafətin xüsusi qonaqları sırasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov, Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş idarəsinin rəisi Nicat İmanov, Dövlət Gömrük Komitəsinin Gömrük siyasəti Baş idarəsinin nümayəndəsi Rövşən Namazov, eləcə də İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev yer alıblar.

İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev çıxışında bildirib ki, mebel sektorunun inkişafı ölkə iqtisadiyyatında yeni dəyər zəncirlərinin formalaşmasına və yerli istehsalın güclənməsinə mühüm töhfə verir: “İCMA-nın əsas məqsədi müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarını vahid platformada birləşdirərək onların səsini daha geniş miqyasda eşitdirmək, dövlət-özəl sektor əməkdaşlığını gücləndirmək və ölkə iqtisadiyyatının davamlı inkişafına töhfə verməkdir,” – deyə Tural Mustafayev vurğulayıb.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev öz çıxışında məşğulluq siyasətinin gücləndirilməsində özəl sektorun roluna diqqət çəkib: “Sahibkarlarla bu cür görüşlər əmək bazarının real tələblərinin müəyyənləşdirilməsi, peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi və yeni iş yerlərinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır. Agentlik olaraq, əmək bazarının ehtiyaclarına uyğun insan kapitalının formalaşdırılmasına dəstək verməyə davam edəcəyik.”

KOBİA-nın sədr müavini Samir Hümbətov çıxışında qeyd edib ki, Agentlik mebel sənayesində fəaliyyət göstərən sahibkarlara müxtəlif dəstək mexanizmləri təqdim edir: “KOBİA tərəfindən sahibkarlara maliyyə, təlim və ixrac dəstəyi sahəsində çoxsaylı təşəbbüslər həyata keçirilir. Mebel sektoru qeyri-neft sənayesinin mühüm hissəsidir və biz bu sahədə fəaliyyət göstərən iş adamlarına yeni bazarlara çıxış, innovasiya və rəqabət qabiliyyətinin artırılması istiqamətində dəstəyimizi davam etdirəcəyik.”

Dövlət Vergi Xidmətinin rəsmisi Nicat İmanov isə çıxışında vergi siyasətində sahibkarlıq subyektləri üçün şəffaf və əlverişli mühitin yaradılmasının əsas prioritet olduğunu vurğulayıb: “Son illərdə vergi inzibatçılığında aparılan islahatlar biznesin yükünü azaltmaq, rəqəmsallaşmanı artırmaq və könüllü vergi ödənişlərini stimullaşdırmaq məqsədi daşıyır. Biz sahibkarlıq fəaliyyətinin sadələşdirilməsi üçün bütün imkanları səfərbər etmişik.”

Dövlət Gömrük Komitəsinin nümayəndəsi Rövşən Namazov çıxışında bildirib ki, gömrük prosedurlarının təkmilləşdirilməsi yerli istehsalçıların ixrac potensialına müsbət təsir göstərir: “Gömrük sistemində tətbiq olunan yeni rəqəmsal xidmətlər sahibkarların əməliyyat xərclərini azaldır, ixrac proseslərini sürətləndirir və şəffaflığı artırır. Məqsədimiz yerli istehsalçıların xarici bazarlara çıxışını asanlaşdırmaqdır.”

1467915

1467914

1467913

14679121467911

1467910

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan DƏHŞƏTLİ HÜCUM - Rus ordusu xeyli itki verdi