Modern.az

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysləri təyin olundu

Aktual

8 Oktyabr 2025, 16:20

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq üçün oktyabrın 11-12-də Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri həyata keçirəcək.

Modern.az xəbər verir ki, eyni zamanda, sentyabrın 29-dan etibarən həftəiçi günlərdə Bakı-Ağstafa və Ağstafa-Bakı istiqamətində əlavə reyslərlə, həmçinin hər gün Bakı-Qazax-Bakı marşrutu ilə səfərlər təşkil olunur.

Biletləri Bakı və Gəncə Dəmiryol Vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək olar.

Sizə yeni x var
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı