Modern.az

Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı

Yardımlıda müəllim şagirdi döyüb? - Araşdırma başladı

Aktual

8 Oktyabr 2025, 17:46

"Sosial şəbəkələrdə Yardımlı rayonu İlqar Şəkərov adına Hamarkənd kənd tam orta ümumtəhsil məktəbində baş verdiyi iddia olunan hadisə ilə bağlı qeyd edirik ki, hazırda hüquq-mühafizə orqanları və Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılır".

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Modern.az-a bildirilib ki, araşdırmanın nəticəsindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Yardımlı rayonunun kəndlərindən birində yaşayan Elnur Məlikov 5-ci sinifdə oxuyan oğlunun müəllim tərəfindən döyüldüyünü iddia edilir.(Mənbə APA)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı