Modern.az

İcra başçısının xanım müavini vəzifəsindən azad edildi

İcra başçısının xanım müavini vəzifəsindən azad edildi

Aktual

9 Oktyabr 2025, 11:56

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının xanım müavini işdən çıxarılıb.

Modern.az xəbər verir ki, icra başçısı Sevindik Hətəmovun əmri ilə Xuraman Baba qızı Məmmədova icra hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən azad olunub.

Qeyd edək ki, Xuraman Məmmədova 04.06.2020-ci il tarixində Hacıqabul rayon 10 nömrəli məktəbin direktoru vəzifəsindən azad edilərək, icra başçısının müavini təyin olunmuşdu. O, işdən çıxarıldıqdan sonra Hacıqabul rayonunda məktəblərdən birinə direktor müavini təyin edilib. (Mənbə: qaynarinfo)

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər