Modern.az

Azərbaycan nefti büdcə qiymətini ÖTÜB

Azərbaycan nefti büdcə qiymətini ÖTÜB

Aktual

9 Oktyabr 2025, 09:27

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 ABŞ dollar artıb. 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,21 ABŞ dolları, yaxud 0,3 % artaraq 70,08 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
KRİTİK GÖRÜŞ! İlham Əliyevlə Putin bir araya gəlir