Modern.az

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Aktual

9 Oktyabr 2025, 10:00

Oktyabrın 8-də ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 49, o cümlədən borclu şəxs qismində axtarışda olan 34 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər