Modern.az

Putin-Əliyev görüşünün vaxtı AÇIQLANDI

Putin-Əliyev görüşünün vaxtı AÇIQLANDI

Aktual

9 Oktyabr 2025, 10:14

Rusiya prezidenti Vladimir Putin Tacikistanın paytaxtı Düşənbəyə səfəri çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Tacikistana səfərin əvvəlcədən elan olunmuş proqramı ilə yanaşı, Rusiya və Azərbaycan liderləri Vladimir Putin və İlham Əliyevin də görüşü baş tutacaq”, - deyə Peskov qeyd edib.

Onun sözlərinə görə, Düşənbədə Putinlə Əliyev arasında görüş bu gün - cümə axşamı baş tutacaq. Kreml sözçüsü qeyd edib ki, gündəmin əsas mövzusu ikitərəfli münasibətlərdir.

“Görüşün baş tutması iki liderin bütün aktual məsələləri müzakirə etmək niyyətindən xəbər verir”, - Peskov əlavə edib.

Ooktyabrın 9-da Düşənbədə “Mərkəzi Asiya–Rusiya” sammiti, sabah isə MDB dövlət başçıları Şurasının iclası keçiriləcək. Liderlərin hər iki tədbirdə iştirakı planlaşdırılıb.

Qeyd edək ki, Vladimir Putin və İlham Əliyev 2024-cü ilin oktyabrından bəri hansısa məsləyələ bağlı görüşüb müzakirə aparmayıblar. Yalnız bu il oktyabrın 7-də prezidentlər telefonla danışıblar və Azərbaycan lideri Putini ad günü münasibətilə təbrik edib. 

Xatırladaq ki, 2024-cü ilin dekabrında Azərbaycanın sərnişin təyyarəsinin Rusiya səmasında vurulması iki ölkə arasındakı münasibətlərin pisləşməsinə səbəb olub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər