Modern.az

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Neftçalanın icra başçısı səyyar görüş keçirib

Aktual

9 Oktyabr 2025, 11:30

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Yeniqışlaq, Qızqayıtlı, Sarıqamış və Haqverdilər kəndlərinin sakinləri kəndinin sakinləri ilə səyyar görüş keçirib.

Modern.az xəbər verir ki, vətəndaş qəbulunda Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq- mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və kənd sakinləri iştirak ediblər.

İlk öncə, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sarıqamış kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, Yeniqışlaq, Qızqayıtlı, Sarıqamış və Haqverdilər kəndləri haqqında görüş iştirakçılarına geniş məlumat verib.

Çıxışçılar “Azərbaycan əsgərinin Zəfər yürüşü, ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər.

Bildirilib ki, 2020-ci ilin payızında başlanan və 44 gün davam edən bu müharibə, Müzəffrə Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Silahlı Qüvvələrinin gücü və xalq-ordu birliyinin vəhdəti ilə tarixi Qələbə ilə nəticələndi. İşğal altında olan torpaqlarımız azad olundu, şəhərlərimizə, kəndlərimizə üçrəngli bayrağımız sancıldı. Bu zəfər təkcə hərbi uğur deyil, eyni zamanda milli ləyaqətin, ədalətin, beynəlxalq hüququn bərpa olunması və 30 ilə yaxın vətən həsrətinə son qoyulması haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, 2020-ci ilin sentyabrında başlanan və cəmi 44 gün davam edən Vətən müharibəsi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad olunması naminə misilsiz şücaət göstərdi. Azərbaycan əsgəri yüksək peşəkarlıq, vətənpərvərlik və iradə nümayiş etdirərək tariximizin ən parlaq səhifələrindən birini yazdı. Hərbi əməliyyatlar nəticəsində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən strateji əhəmiyyətə malik olan Şuşa şəhəri işğaldan azad edildi. Azərbaycan Ordusunun keçdiyi bu yol – Zəfər yürüşü – sadəcə bir hərbi əməliyyatlar silsiləsi deyil, eyni zamanda milli iradənin, birliyin və ədalətli mövqeyin təntənəsi idi. Zəfər yürüşü Azərbaycan dövlətinin və xalqının sarsılmaz birliyinin, ordu-xalq-Prezident tandeminin gücünü bir daha sübut etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi və strateji yanaşması bu qələbənin qazanılmasında həlledici rol oynadı. Azərbaycanın qazandığı bu qələbə təkcə hərbi yox, həm də mənəvi və siyasi zəfərdir. Bu zəfər nəticəsində bölgədə yeni reallıqlar formalaşıb, Azərbaycan regionda lider mövqeyini bir daha təsdiqləyib. Şanlı Zəfər yürüşü Azərbaycanın gələcək nəsillərinə əsl qəhrəmanlıq nümunəsi olaraq qalacaqdır.

RİH-in başçısı qeyd edib ki, Zəfərdən sonra başlayan bərpa və yenidənqurma prosesi dövlətimizin prioritet istiqamətlərindən biri olmuşdur. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir, yeni yaşayış məntəqələri salınır, məktəblər, xəstəxanalar, yollar və digər obyektlər inşa edilir. Qarabağ və Şərqi Zəngəzur regionları "yaşıl enerji" zonası elan olunmuş, ağıllı kənd və şəhər layihələri icra olunmağa başlanmışdır. Bütün bu tədbirlər Zəfərin davamı, onun real nəticələrinin təcəssümüdür.

RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.

Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.

Səyyar qəbul zamanı vətəndaşlar, kəndin mavi yanacaqla təmin olunması, içməli su ilə təminat, suvarma kanallarının lildən, kol-kosdan təmizlənməsi, şəkər xəstəliyi üçün müvafiq dərman preparatlarının verilməsi və digər məsələlər üzrə müraciətlərini irəli sürüblər.

Vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib, məsələlər müzakirə edilib və həll olunması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" //rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər