Modern.az

Poçt markalarına həsr olunmuş film təqdim olunub - FOTOLAR

Poçt markalarına həsr olunmuş film təqdim olunub - FOTOLAR

Aktual

9 Oktyabr 2025, 11:53

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC poçt markasının tarixinə və inkişafına həsr olunmuş “Səssiz ünsiyyət” adlı bədii-sənədli filmin təqdimatını keçirib.

Modern.az xəbər verir ki, tədbirdə rəsmi heyət, ictimaiyyətin tanınmış nümayəndələri, filmin yaradıcı komandası və media nümayəndələri iştirak ediblər.

Film Azərbaycanın poçt markasının yaranma tarixindən bu günə qədər keçdiyi inkişaf mərhələlərini özündə əks etdirir. Ekran əsərində ünsiyyətin ilkin formaları, qədim Misir və Roma dövrlərində çaparlar vasitəsilə xəbərlərin ötürülməsi, eləcə də markanın “səssiz ünsiyyət vasitəsi” kimi xalqların və dövlətlərin rəsmi simvolu kimi qəbul olunmasından danışılır; həmçinin filmdə keçmişdən bugünə qədər buraxılmış ən müxtəlif marka buraxılışları əyani şəkildə təqdim olunur.

Tədbirin açılış nitqini söyləyən “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev bu filmin “Azərpoçt” üçün hazırlanmış ilk geniş və əhatəli ekran əsəri olduğunu qeyd edib.

Tədbir zamanı AZCON Holding-in Kommunikasiya departamentinin direktoru Əli Əliyev çıxışında layihənin poçt markalarının tarixi irsinin qorunması və milli dəyərlərin təbliğində əhəmiyyətini vurğulayıb. “Azərpoçt” MMC-nin rəhbərliyi, Azərbaycan Filatelistlər İttifaqının üzvləri, eləcə də digər mütəxəssislər çıxışlarında markaların buraxılış qaydaları və rəsmi statusu barədə məlumat veriblər. 

Maarifləndirici xarakter daşıyan film tamaşaçılarda markalar haqqında geniş və dolğun təsəvvür yaradır, bu sahəyə fərqli baxışı formalaşdırır. Bədii hissə vasitəsilə ekran əsəri tamaşaçını keçmişdən bu günə – Azərbaycan markasının formalaşması və müasir dövrdə qazandığı nailiyyətlərə doğru səyahətə aparır.

“Səssiz ünsiyyət” filmi həm mədəni, həm də tarixi baxımdan Azərbaycan poçt tarixinin zəngin irsini və markanın səssiz, lakin dərin mənalı ünsiyyət gücünü nümayiş etdirən əhəmiyyətli layihə kimi dəyərləndirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər