Paytaxtın Xətai rayonunda yerləşən Məhəmməd Hadi küçəsində nəqliyyatın hərəkətində yenilik tətbiq edilib.
Modern.az xəbər verir ki, metronun “Əhmədli” stansiyasının yaxınlığında avtobus zolağının başa çatdığı yerdə sarı tor çəkilib.
Bildirilib ki, bu ərazidə tez-tez tıxaclar müşahidə edilir və avtobuslar öz zolaqlarından sonra kəsişmənin qarşı tərəfinə keçərkən xeyli vaxt itirir. Yeniliyin tətbiqindən sonra isə sağa dönən avtomobillərin həmin torun olduğu yerdə dayanması qadağan edilib.
Yeniliyə əsasən, qarşıda tıxac olsa da, avtomobillər torlu hissəni boş saxlamalı və avtobusların hərəkətinə maneə yaratmamalıdır.
Qeyd edək ki, daha əvvəl Nərimanov rayonu Fətəlixan Xoyski küçəsində (Gənclik Mall-ın qarşısı) də oxşar yenilik tətbiq edilib.