Modern.az

Azərbaycanla Bosniya və Herseqovina memorandum imzaladı

Azərbaycanla Bosniya və Herseqovina memorandum imzaladı

Aktual

9 Oktyabr 2025, 12:14

Əsir və itkin düşmüş, girov götürülmuş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Bosniya və Herseqovinanın İtkin Düşmüş Şəxslər İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.

Modern.az xəbər verir ki, sənəddə ikitərəfli əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi, itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması sahəsində əməkdaşlıq nəzərdə tutulub.

Qeyd olunub ki, memorandum layihəsinin müzakirəsi ilə əlaqədar 2025-ci ilin aprel ayında Dövlət Komissiyasının nümayəndə heyəti Sarayevo şəhərinə səfər edib. Səfər zamanı sənədin layihəsi müzakirə edilib və razılaşdırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Rusiyanın ideyasını BASDIRDI - Putin üzr istəyə bilər