Modern.az

Gəncədə məktəbli itkin düşdü - FOTO

Gəncədə məktəbli itkin düşdü - FOTO

Aktual

9 Oktyabr 2025, 14:46

Gəncə şəhərində 9-cu sinif şagirdi itkin düşüb.

Modern.az xəbər verir ki, 2011-ci il təvəllüdlü şəhər sakini Elşən Alıməmmədov oktyabrın 8-də yaşadıqları evdən hazırlıq adı ilə çıxıb.

Bundan sonra məktəblidən xəbər olmayıb.

Qeyd edək ki, E. Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin şagirdidir. Hazırda polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində  axtarışlar davam etdirilir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi