Modern.az

Moped və velosiped oğruları tutuldu

Moped və velosiped oğruları tutuldu

Aktual

9 Oktyabr 2025, 15:00

Paytaxtın Suraxanı rayon sakini olan bir nəfər polisə müraciət edərək 1500 manat dəyərində mopedinin naməlum şəraitdə oğurlandığını bildirib.

Modern.az xəbər verir ki, Suraxanı RPİ 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 29 yaşlı Ə.Quliyev müəyyən edilərək saxlanılıb. 

Analoji hadisə Sabunçu rayonunda da baş verib. Ramana qəsəbə sakininin mopedini oğurlamaqda şübhəli bilinən əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 46 yaşlı Ə.Bayramov da polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. 

Nəsimi rayonunda isə iki nəfərin  velosipedini oğurlayan 25 yaşlı Ü.Aslanov, əvvəllər məhkum edilmiş 32 yaşlı K.Dadaşzadə və 25 yaşlı Ü.Aslanov saxlanılıblar. 

Faktlarla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi