Modern.az

Şəhərlərarası marşrut üzrə keçirilmiş müsabiqələrin qalibləri müəyyənləşdi

Şəhərlərarası marşrut üzrə keçirilmiş müsabiqələrin qalibləri müəyyənləşdi

Aktual

9 Oktyabr 2025, 15:34

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 4 şəhərlərarası marşrut üzrə keçirilmiş müsabiqələrin qaliblərini müəyyən edib.

Modern.az agentliyə istinadən xəbər verir ki, Bakı - Gəncə marşrutu üzrə "Uğurlu yol" MMC, Bakı - Qəbələ marşrutu üzrə fiziki şəxs Bəkirov Səxavət Elməddin oğlu, Sumqayıt - Beyləqan marşrutu üzrə fiziki şəxs Talıbov Əliqurban Miri oğlu, Gəncə - Şəmkir marşrutu üzrə isə "Nur-55" MMC qalib elan olunublar.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi