Modern.az

Azərbaycanla Gürcüstan müdafiə nazirləri görüşdülər - FOTOLAR

Azərbaycanla Gürcüstan müdafiə nazirləri görüşdülər - FOTOLAR

Aktual

9 Oktyabr 2025, 15:56

Ankarada Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla gürcüstanlı həmkarı İrakli Çikovani arasında görüş keçirilib.

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Gürcüstanın hərbi sahədə əməkdaşlığının regionda sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyi, eləcə də ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarımızın görüşlərinin mühüm rol oynadığı xüsusi vurğulanıb.

Qeyd edilib ki, qarşılıqlı səfərlərin və müxtəlif formatda görüşlərin keçirilməsi bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələrimizin yüksək səviyyədə olduğunun bariz nümunəsidir.

Regionda mövcud hərbi-siyasi vəziyyəti müzakirə edən nazirlər, üçtərəfli və ikitərəfli formatda əməkdaşlığın inkişaf edərək bütün sahələri əhatə etməsinin xalqlarımızın dayanıqlı sülh şəraitində firavan yaşamasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Görüşün sonunda ölkələrimiz arasında hərbi əməkdaşlığın yeni perspektivlərindən, təcrübə mübadiləsi məqsədilə birgə təlimlərin intensivliyinin artırılmasının vacibliyindən danışılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi