Modern.az

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir - FOTOLAR

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir - FOTOLAR

Aktual

9 Oktyabr 2025, 15:44

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC-nin Azərbaycan Mətbuat Şurası ilə birlikdə 9 Oktyabr – Ümumdünya Poçt Günü münasibətilə elan etdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda araşdırma müsabiqəsi yekunlaşıb.

Modern.az xəbər verir ki, milli mətbuatın 150 illiyi ərəfəsində müsabiqə qaliblərinin mükafatlandırılması məqsədilə “Azərpoçt” MMC tərəfindən tədbir təşkil olunub. Tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, müxtəlif təşkilatların nümayəndələri, media təmsilçiləri və müsabiqə iştirakçıları daxil olmaqla, ümumilikdə 200-ə yaxın qonaq iştirak edib.

Müsabiqə çərçivəsində təqdim olunan ən uğurlu və özünəməxsus yazıların müəllifləri mükafatlandırılıblar. Belə ki, I yer üzrə Yaqut Aslanova, İlahə Məmmədli və Pərvanə Qafarova, II yer üzrə Nazim Hacıyev, Lalə Mehralıyeva və Suvar İbadov diplom və mükafat ilə təltif olunublar.

Bundan əlavə, digər iştirakçılar da fəallıqlarına görə dəyərləndirilib.

Müsabiqənin təşkil edilməsində əsas məqsəd poçt sahəsində baş verən dəyişikliklər, rəqəmsallaşma prosesində ənənəvi poçtun yeni mərhələsini işıqlandırmaq, həmçinin media nümayəndələrinin bu istiqamətdə yaradıcı fəaliyyətini təşviq etmək olub.

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir - FOTOLAR

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir - FOTOLAR

“Azərpoçt” media ilə əməkdaşlığı inkişaf etdirir - FOTOLAR

Whatsapp
Bizə yazın!
Keçid et
Kritik GÖRÜŞ BAŞLADI - Putin bir daha Əliyevdən üzr istədi