Modern.az

MDB Oyunları kimi tədbirlər dostluğu və əməkdaşlığı möhkəmləndirir

MDB Oyunları kimi tədbirlər dostluğu və əməkdaşlığı möhkəmləndirir

Aktual

10 Oktyabr 2025, 11:57

MDB Oyunları kimi tədbirlər həm Birlik daxilində, həm də ondan kənarda dostluq və əməkdaşlığı möhkəmləndirir.

Modern.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxışı zamanı deyib.

Bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanda keçirilən III MDB Oyunlarının qədim Gəncə şəhərində, həmçinin Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi və Şəkidə keçirildiyini vurğulayan dövlət başçısı bildirib ki, belə tədbirlər MDB çərçivəsində və onun hüdudlarından kənarda dostluğu və əməkdaşlığı gücləndirir, qarşılıqlı maraqlara və hörmətə əsaslanan münasibətlərin möhkəmləndirilməsinə töhfə verir.

Whatsapp
Bizə yazın!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı