Modern.az

GDU tələbələri könüllülük fəaliyyəti haqqında maarifləndirildi

GDU tələbələri könüllülük fəaliyyəti haqqında maarifləndirildi

Aktual

10 Oktyabr 2025, 15:38

Gəncə Dövlət Universitetində gənclərin fərdi inkişafına və ictimai fəallığının artırılmasına dəstək üçün 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin təşəbbüsü ilə maarifləndirici tədbir keçirilib.

Modern.az xəbər verir ki, tədbirdə rektorun baş müşaviri Asif Cavadov çıxış edərək qonaqları salamlayıb və bu tədbirin əsas məqsədinin tələbələri “ASAN xidmət” mərkəzlərindəki könüllülük fəaliyyəti ilə yaxından tanış etmək olduğunu bildirib. Asif Cavadov qeyd edib ki, Ölkə başçısının müvafiq Sərəncamı ilə 2020-ci il “Könüllülər ili” elan edilmişdir. Bu hərəkatın daha mütəşəkkil xarakter almasını təmin etməklə yanaşı, gənclərin fərdi inkişafına təkan verməkdir.

Universitetin təcrübə və karyera şöbəsinin müdiri  Cabbar Qarayev vurğulayıb ki, “Könüllü fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “ASAN xidmət”  mərkəzlərində fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyəti artırır.

2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin Vətəndaşların qəbulu işinin təşkili sektorunun Baş mütəxəssisi  Elnur Şabanzadə tələbələrə “ASAN Könüllüləri” proqramı, onun məqsəd və vəzifələri barədə ətraflı məlumat verib.

Tədbirdə iştirakçıların sualları cavablandırılmış və mövzu ətrafında interaktiv müzakirələr aparılıb.

Sonda “ASAN Könüllüsü” olmaq istəyən tələbələrə könüllülük portalından qeydiyyatdan keçmə prosesinə dəstək göstərilib.

 

Sizə yeni x var
Keçid et
Putin Paşinyanla mübahisə etdi