Modern.az

Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT

Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT

Aktual

10 Oktyabr 2025, 16:55

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin yeni baş direktoru seçilib.

Modern.az  xəbər verir ki, xəstəxananın baş direktoru vəzifəsinə Rəşid Şamil oğlu Vəzirov seçilib.

Qeyd edək ki, Rəşid Vəzirov 2019-cu ildən 2021-ci ilə kimi sözügedən klinikanın baş direktoru olub. 22.09.2021-ci ildə sabiq səhiyyə naziri Oqtay Şirəliyev "Respublika Diaqnostika Mərkəzi" ASC-nin baş direktoru, Rəşid Vəzirov isə icraçı direktoru seçilib.

Bu ilin 3 oktyabrında Oqtay Şirəliyev 75 yaşında vəfat edib. Sabiq nazirin vəfatına görə "Respublika Diaqnostika Mərkəzi" ASC səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilib və yeni baş direktor seçilib.(Mənbə "Qaynarinfo")

Oqtay Şirəliyevin yerinə YENİ TƏYİNAT

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi