Modern.az

Rəşad Nəbiyev Qara dəniz-Strateji Tərəfdaşlıq Panelində çıxış edib - FOTO

Rəşad Nəbiyev Qara dəniz-Strateji Tərəfdaşlıq Panelində çıxış edib - FOTO

Aktual

10 Oktyabr 2025, 17:12

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Brüsseldə keçirilən “Global Gateway Forum 2025” çərçivəsində təşkil olunan Qara dəniz – Strateji Tərəfdaşlıq Panelində iştirak edib.

Modern.az xəbər verir ki, paneldə çıxış edən nazir Azərbaycanın Avrasiya məkanında artan geoiqtisadi rolu, nəqliyyat və rəqəmsallaşma sahəsində həyata keçirdiyi innovativ layihələr nəticəsində ölkəmizin Avropa ilə Asiya arasında təhlükəsiz və sürətli məlumat dəhlizi, eləcə də rəqəmsal körpü kimi formalaşması istiqamətində atılan addımlar barədə məlumat verib.

Rəşad Nəbiyev bildirib ki, infrastruktur sahəsində əldə edilən uğurlar təkcə milli deyil, eyni zamanda regional davamlılığa da xidmət edir. Nazir Bakı – Naxçıvan – Qars və Zəngəzur dəhlizlərinin bölgədə dayanıqlı və çevik nəqliyyat bağlantısının qurulması baxımından həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi