Modern.az

Məktəblərdə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə keçirilir

Məktəblərdə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə müsahibə keçirilir

Aktual

10 Oktyabr 2025, 17:45

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinə çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsi üzrə işə qəbul müsahibəsi keçirilir.

İdarədən Modern.az-a bildirilib ki, çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsində keçid balını toplayanların sayının mövcud vakansiyalardan az olduğunu nəzərə alaraq minimum 34 bal toplayan namizədlər də müsahibəyə cəlb olunacaqlar.

Müsahibənin vaxtı və məkan haqqında məlumat minimum 34 bal toplayan namizədlərə də SMS vasitəsilə göndəriləcək. Müsahibə zamanı namizədlərin bilikləri və peşəkar keyfiyyətləri nəzərə alınacaq. Uğur qazanan namizədlər müvafiq vakant yerlərə təyin olunacaqlar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi