ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıqlar üzrə xüsusi elçisi Paolo Zampolli Nobel Sülh Mükafatını tənqid edib.
Modern.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə platforması X-də paylaşım edib.
Zampolli bildirib ki, Nobel Sülh Mükafatı öz nüfuzunu bir daha itirib:
“Nobel Sülh Mükafatı özünü bir daha nüfuzdan saldı. Bəlkə də artıq vaxtıdır ki, Prezident Trampın diplomatiyası nəticəsində münaqişələrə son qoyan dövlət başçıları ‘Tramp Sülh Mükafatı’ təsis etsinlər — bu mükafat nəticələri, yox siyasəti qiymətləndirsin”.
Diplomat həmçinin qeyd edib ki, Nobel mükafatının banisi Alfred Nobelin sərvətinin yaranmasında Azərbaycanın neftinin mühüm rolu olub, lakin Nobel Komitəsi Azərbaycanın ərazisində sülhün bərqərar olmasında vasitəçilik edən şəxsi görməzdən gəlir:
“İronik olan budur ki, Nobel sərvətinin əsası Azərbaycanın neftindən qoyulub, amma mükafat Azərbaycanla bağlı sülhü təmin edən şəxsi nəzərə almır”.
Paolo Zampolli bu fikirləri ilə Donald Tramp administrasiyasının dövründə həyata keçirilən diplomatik təşəbbüslərin, o cümlədən müxtəlif bölgələrdə, o cümlədən Cənubi Qafqazda sülh proseslərinə töhfə verən siyasətin diqqətdən kənarda qalmasını tənqid edib.
The #NobelPeacePrize just discredited itself again.
— Paolo Zampolli (@AMBZAMPOLLI) October 12, 2025
Maybe it’s time the heads of state who ended conflicts under President Trump’s diplomacy launch a Trump Peace Prize—one that honors results, not politics.
Fitting irony: the Nobel fortune was born from Azerbaijan’s oil, yet it… pic.twitter.com/DcDxqZBjql