Horadiz-Ağbənd avtomobil və dəmir yollarının da gələn il ərzində tikintisinin başa çatdırılması planlaşdırılır.
Modern.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə deyib.
Baş nazirin müavini bildirib ki, bu vacib nəqliyyat infrastrukturu həm Şərq-Qərb, həm də Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolunu təşkil etməklə yanaşı, Fars Körfəzini Qara Dənizlə bağlayacaq yeni marşrut rolunu oynayacaq.
Şahin Mustafayev həmçinin, Orta Dəhlizin əhəmiyyətinə də toxunub: “2022-ci ildən etibarən Orta Dəhlizlə həyata keçirilən yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Dəhliz üzrə tranzit müddətləri isə nəzərəçarpacaq dərəcədə azalıb”.