Modern.az

Yasamalda qaz olmayacaq

Yasamalda qaz olmayacaq

Aktual

13 Oktyabr 2025, 10:40

Bu gün Bakının Yasamal rayonunun bəzi ərazilərinə təbii qazın verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunun Nizami küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar oktyabrın 13-də saat 10:00-dan işlər tamamlananadək qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T.Xəlil, M.İbrahimov, M.Muxtarov və İçərişəhər küçəsinin, eləcə də Azərbaycan prospektinin qaz təchizatında fasilə yaranacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya regionlarına kütləvi hücum - Yüzlərlə dron səmaya qalxdı