Modern.az

BMU ilə Sapienza Universiteti arasında əməkdaşlıq müzakirə olundu

BMU ilə Sapienza Universiteti arasında əməkdaşlıq müzakirə olundu

Aktual

13 Oktyabr 2025, 11:08

Bakı Mühəndislik Universiteti (BMU) ilə İtaliyanın ən qədim və nüfuzlu ali təhsil ocaqlarından biri olan Roma Sapienza Universiteti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə həsr olunmuş görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül, həmçinin elm və innovasiya məsələləri üzrə prorektor Ağası Məlikov  çıxış edərək universitetin beynəlxalq əlaqələr strategiyası, tərəfdaşlıq proqramları, elmi tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verib, o cümlədən Sapienza Universiteti ilə əməkdaşlığın gələcək perspektivlərinə diqqət çəkiblər.

Sapienza Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Graziella Gaglione ali məktəbin fəaliyyəti və beynəlxalq əməkdaşlıq imkanları barədə təqdimat edib. Sapienza Universitetinin nümayəndələri BMU ilə daha geniş əməkdaşlığın hər iki tərəf üçün səmərəli nəticələr verəcəyinə inamlarını vurğulayıblar.

Çıxışlar zamanı iki ali təhsil müəssisəsi arasında müxtəlif mübadilə proqramları çərçivəsində artıq formalaşmış əməkdaşlıq münasibətləri yüksək qiymətləndirilib. Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, elm, innovasiya və təhsil sahələrində yeni birgə layihələrin reallaşdırılması, eləcə də tələbə, müəllim mübadiləsinin genişləndirilməsi məsələlərini müzakirə ediblər. 

Görüşün yekununda tərəflər arasında mövcud əməkdaşlığın daha da dərinləşdirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və yaxın gələcəkdə əməkdaşlığın institusional səviyyədə genişləndirilməsi barədə razılıq əldə olunub.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya regionlarına kütləvi hücum - Yüzlərlə dron səmaya qalxdı