Modern.az

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq

Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq

Aktual

13 Oktyabr 2025, 17:50

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmədən Modern.az-a verilən xəbərə görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.2-ci və 228.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun noyabrın 4-nə təyin edilmiş iclasında baxılacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası