Modern.az

Bakıda şirkətdən 7 min manatlıq oğurluq - 2 mühafizəçi saxlanıldı

Bakıda şirkətdən 7 min manatlıq oğurluq - 2 mühafizəçi saxlanıldı

Aktual

14 Oktyabr 2025, 11:17

Paytaxtın Suraxanı rayonunda talama cinayəti baş verib.

Modern.az DİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun Zığ qəsəbəsində yerləşən şirkətlərin birindən 7000 manat dəyərində oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən həmin şirkətdə mühafizə xidmətində çalışan 34 yaşlı A.İsgəndərov və 35 yaşlı A.Zeynalov saxlanılıblar.

Araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanla sərhəd bölgəyə hücum - Ö*lənlər var - Gündəm Masada - Media Turk TV